ABŞ qırıcısı dənizə düşdü

ABŞ qırıcısı dənizə düşdü

ABŞ Hərbi Dəniz Qüvvələrinin F-18 “Super Hornet” qırıcısı “Harri Trumen” aviadaşıyıcısının göyərtəsindən dənizə düşüb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

“Aralıq dənizində baş verən qəfil fırtınalı hava səbəbindən “Harri Trumen” aviadaşıyıcısında olan F-18 qırıcısı suya düşüb”, – məlumatda qeyd olunub.

Hadisənin iyulun 8-də baş verdiyi bildirilir.

Teqlər: