ABŞ PUA-sı Polşanın cənubunda qəzaya uğradı

ABŞ PUA-sı Polşanın cənubunda qəzaya uğradı

ABŞ ordusuna məxsus kəşfiyyat xarakterli PUA Polşanın cənubunda Trzeben bölgəsində qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə Polşanın RMF FM radiostansiyası məlumat yayıb.

PUA yolun yaxınlığında, yaşayış olmayan əraziyə düşüb və hadisə nəticəsində itki olmayıb.

Məlum olub ki, pilotsuz təyyarə ABŞ hərbçiləri tərəfindən yaxınlıqdakı poliqonda təlimlər zamanı istifadə olunub. Dron operatorları ona nəzarəti itirib.

Teqlər: