ABŞ Prezidenti C.Baydenin Bakıda keçirilən Beynəlxalq Xəzər Neft
və Qaz Sərgisi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə
ünvanladığı məktub hər şeydən öncə iki ölkə arasında mövcud olan
qarşlıqlı münasibətlərin yüksək səviyyədə olmasının təsdiqidir.
Bunu AzerTimes-a Milli
Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, nəzərə almaq lazımdır ki, bu məktub son günlərdə
ABŞ Prezidenti tərəfindən Azərbaycan Prezidentinin ünvanına
göndərilən ikinci məktubdur ki, bu da özlüyündə ayrıca əhəmiyyət
kəsb edir.
“Çünki iki ölkənin hazırkı mürəkkəb tarixi şəraitdə zəruri
əməkdaşlıq çağırışları bütövlükdə region və Avropanın
təhlükəsizliyi baxımından xeyli dərəcədə aktualdır. Şübhəsiz ki, bu
aktuallıq hələ əsası ötən əsrin əvvəllərində böyük dövlət xadimi
Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası ilə
şərtlənir.
Ancaq sonrakı mərhələdə “Əsrin müqaviləsi” kimi
səciyyələndirilən neft konsorsiumunun Qərbin enerji
təhlükəsizliyinə verdiyi töhfələr Azərbaycan Prezidenti tərəfindən
həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi ilə daha da strateji
əhəmiyyət qazanmış oldu. Bütün bu tipli digər regional əməkdaşlıq
platformaları isə ABŞ-ın fəal dəstəyi və iştirakçılığı ilə
gerçəkliyə çevirildi. Ona görə də hazırda dünyanın mühüm
geostrateji mərkəzlərindən biri olan Avropada enerji təhlükəsizliyi
tarixin heç bir dönəmində olmadığı qədər təhdidlərə məruz qaldığı
bir vaxtda Azərbaycanın həyata keçirdiyi alternativ enerji
təhlükəsizliyi kəməri xüsusi əhəmiyyət kəsb edir.
ABŞ liderinin məktubunda da önə çəkilən əsas məsələlərdən biri
elə bununla bağlıdır. İki ölkə hazırda vaxtilə aldıqları uzaqgörən
və perespektivli qərarın icra edilməsinin və regional əməkdaşlığa
verdiyi mühüm töhfələrin təntənəsini yaşayır. Ancaq şübhəsiz ki,
ABŞ-Azərbaycan münasibətləri təkcə enerji sektorundakı əməkdaşlıqla
məhdudlaşmır.
Daha geniş və daha rəngarəng spektri əhatə edir. Buraya qlobal
terrorizmə qarşı mübarizədən başlamış, elm, təhsil, insan hüquqları
və azadlıqları da daxil olmqla hərbi–siyasi sahədə əməkdaşlığa
qədər çoxşaxəli istiqamətlər daxildir. Ona görə də ABŞ Prezidenti
bu mühüm istiqamətlərə də toxunaraq iki ölkənin əməkdaşlığının
yüksək səviyyədə olmasını təyin edən siyasəti, yəni Azərbaycan
Prezidenti İlham Əliyevin fəaliyyətini alqışladığını bildirir və
ABŞ tərəfindən bu siyasətə sadiq qalınacağını ifadə edir”, – deyə
deputat əlavə edib.
O bildirib ki, eyni zamnda, Azərbaycanın regionda sabitləşdirici
rol oynamağı xüsusi vurğaulanır ki, bu kontekstə Ukraynaya edilən
humanitar yardım faktoruna da xüsusi diqqət çəkilir.
“Şübhəsiz ki, iki ölkə arasında münasibətlərin ABŞ Prezidenti
tərəfindən belə yüksək qiymətləndirilməsi Azərbaycan- ABŞ
münasibətlərinin olduqca müsbət perespektivlərini də təyin edir”, –
deyə H.Babayev əlavə edib.