bp Azərbaycanda günəş elektrik stansiyası layihəsi ilə bağlı kommersiya məsələlərinin həlli müddəti barədə

bp şirkəti ümid edir ki, Azərbaycanın azad edilmiş ərazilərində
günəş elektrik stansiyasının tikintisi layihəsi ilə bağlı bütün
kommersiya məsələləri ilin sonunadək razılaşdırılacaq.

Bunu Trend
bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

“Biz, həmçinin Zəngilan və Cəbrayılda günəş elektrik
stansiyasının tikintisi layihəsi ilə bağlı icra sazişini
imzalamışıq. Hazırda bu layihə çərçivəsində qiymətləndirmə işləri
aparılır. Texniki və kommersiya məsələləri ilə bağlı qərar qəbul
etmək lazımdır. Texniki məsələlər eletrik stansiyasının yer
seçimini, perimetrin müəyyənləşdirilməsini, eləcə də logistika
məsələlərini əhatə edir. Kommersiya məsələləri isə investisiyaların
qarşılanması ilə bağlıdır. Layihənin kommersiya aspekti üzrə bir
sıra detalları həll etmək lazımdır. Ümid edirəm ki, bu məsələləri
ilin sonunadək razılaşdırmaq mümkün olacaq”, – deyə o bildirib.

B.Aslanbəylinin sözlərinə görə, alternativ enerji sahəsində
əməkdaşlığın digər istiqaməti bp ilə Energetika Nazirliyi arasında
imzalanmış anlaşma memorandumudur.

“Bu sənəd çərçivəsində biz öz öhdəliklərimizi yerinə yetirmişik
və Azərbaycana karbonsuzlaşma ilə bağlı plan təqdim etmişik. Bu,
tövsiyə sənədidir və bununla bağlı dövlət özü qərar verəcək”, –
B.Aslanbəyli deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: