ABŞ prezidenti fevralın 10-da Pentaqona baş çəkəcək

ABŞ prezidenti Cozef Bayden fevralın 10-da ölkənin Müdafiə Nazirliyinə baş çəkmək niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bu barədə brifinq zamanı Pentaqonun İctimaiyyətlə əlaqələr üzrə köməkçisi Con Kirbi deyib.

C.Kirbi bildirib ki, ölkə başçısı nazirliyin rəhbərliyi ilə görüşəcək, həmçinin nazirliyin əməkdaşları qarşısında çıxış edəcək:

“Çıxışın nəyin haqqında olacağını dəqiq deyə bilmərəm”.