ABŞ Prezident İlham Əliyevin Ermənistanla sülh danışıqlarına sadiqliyini alqışlayır – Dövlət Departamenti

ABŞ Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla sülh
danışıqlarına sadiqliyini alqışlayır.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət
Departamentinin “Twitter” səhifəsində yazılıb.

Məlumatda qeyd olunur ki, ABŞ Azərbaycan və Ermənistan XİN
rəhbərlərinin bir müddət əvvəl baş tutmuş telefon zəngini və
Azərbaycan Prezidenti İlham Əliyevin sadiqliyini alqışlayır.

Qeyd edək ki, bu həftə ATƏT Minsk qrupunun amerikalı həmsədri
Endrü Şofer regiona səfər edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: