ABŞ Polşaya qırıcı-bombardmançı təyyarələr eskadrulyasını göndərib

ABŞ Dəniz Piyadaları Korpusunun F/A-18C Hornet
qırıcı-bombardmançılarından ibarət eskadrilya Polşanın Lask
şəhərindəki aviabazaya gəlib.

Trend xəbər verir ki, bu barədə ABŞ HHQ Avropadakı Komandanlığı
məlumat yayıb.

Dəniz Piyadaları Korpusunun 2-ci Hava Qanadının qırıcıları
Polşaya ABŞ-ın Beaufort Hərbi Hava Qüvvələri bazasından (Cənubi
Karolina) göndərilib. Eyni zamanda, Lask şəhərindəki aviabazaya
yanacaqdolduran KC-130J Hercules təyyarələri gəlib.

“Qırıcıların Şərqi Avropaya göndərilməsi NATO-nun kollektiv
müdafiəsini dəstəkləmək məqsədi daşıyır”, – qurumun məlumatında
vurğulanır.