ABŞ polisi qaradərili hamilə qadını belə öldürdü – Video

ABŞ polisi qaradərili hamilə qadını belə öldürdü – Video

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində polis 21 yaşlı hamilə və qaradərili olan qadını güllələyib.

AzerTimes xəbər verir ki, qadının mağazadan oğurluq etdiyi iddia olunub.

Polis qadının avtomobilini oğurluq etdiyi iddia edilən mağazanın dayanacağında saxlayıb.

Hamilə qadın avtomobilini hərəkət etdirən zaman polislərdən biri maşının ön şüşəsinə atəş açıb.

Yaralı qadın idarəetməni itirərək maşını divara çırpıb.

Bütün müdaxilələrə baxmayaraq, qadını və bətnindəki körpəsini xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Atəş açan polis əməkdaşı isə inzibati məsuliyyətə cəlb edilib.

Teqlər: