ABŞ peyvəndlərinin bir hissəsini COVAX vasitəsilə Ukraynaya verəcək

ABŞ koronavirusa qarşı peyvəndlərinin bir hissəsini COVAX proqramə vasitəsilə Ukraynaya verəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: “Təxminən bir ay əvvəl ABŞ Prezidenti Cozef Bayden ABŞ-ın COVAX proqramına bağışlamaq üçün 500 milyon əlavə “Pfizer BioNTech” peyvəndi alma planlarını açıqladı. Bu proqramla peyvəndlər bütün dünya ölkələrinə, o cümlədən Ukraynaya veriləcək”.

“Soyuq zəncir” sistemi ilə peyvəndlərin daşınması və saxlaması ilə Ukrayna ərazisində də olan “USAID” agentliyi məşğul olacaq.