ABŞ ordusunun Əfqanıstandan çıxardılması planları hazırlanıb

Amerika qoşunlarının Əfqanıstandan çıxarılması planının müxtəlif versiyalarının hazırlanması başa çatıb.

Trend TASS-a istinadən xəbər verir ki, bunu ABŞ ordusunun baş qərargah rəisi general Ceyms Makkonvil təsdiqləyib.

General həmçinin ABŞ-ın Əfqanıstandakı hərbi kontingent komandanlığının amerikan qüvvələrinin mövcud razılaşmaların əksinə olaraq 1 may tarixinə qədər ölkəni tərk etməməsi halında başlaya biləcəyi radikal Taliban hərəkatının hücumlarına hazır olduğunu vurğulayıb. Bundan əlavə, general Əfqanıstanda həll üçün “bir növ siyasi razılaşma” tələb olunduğunu söylədi.

Xatırladaq ki, 29 fevral 2020-ci ildə sabiq prezident Donald Trampın rəhbərlik etdiyi əvvəlki ABŞ hökuməti və Taliban Dohada (Qətər) sülh müqaviləsi imzalayıblar. Razılaşmalara əsasən, Amerika Birləşmiş Ştatları, müttəfiqləri və koalisiya 14 ay ərzində bütün qoşunlarını Əfqanıstandan çıxarmalıdırlar. Taliban öz növbəsində Əfqanıstan ərazilərini ABŞ və müttəfiqlərinin təhlükəsizliyinə təhdid edəcək durumlar üçün istifadə etməyəcəklərinə zəmanət verib.

Teqlər: