ABŞ nüvə hazırlığı ilə bağlı təlimə başlayır

ABŞ nüvə hazırlığı ilə bağlı təlimə başlayır

ABŞ aprelin 11-də nüvə hazırlığı ilə bağlı hərbi təlim keçirəcək.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Strateji Komandanlığının saytında məlumat verilib.

İllik tədbir çərçivəsində onlar müttəfiq qüvvələr, xüsusən də Böyük Britaniya ilə birgə manevrlər edəcək bütün şəxsi heyəti cəlb etməyi planlaşdırırlar:

“GT23 təliminin məqsədi nüvə hazırlığını gücləndirməkdir. Bu təlimlər hər il keçirilir və heç bir ölkənin və ya digər aktorların hərəkətlərinə cavab deyil”.

Komandanlıq həmçinin bəyan edib ki, təlimlərlə əlaqədar yaxın günlərdə bombardmançıların uçuşlarının sayında artım müşahidə olunacaq.

Teqlər: