Pentaqon və ABŞ Dövlət Departamentinin əməkdaşlarından ibarət nümayəndə heyəti NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra Kabul Beynəlxalq Hava Limanında təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Türkiyəyə yollacaq.
AzerTimes-ın məlumatına görə, bunu “Anadolu” agentliyinə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Rob Lodevik deyib.
R.Lodevik bildirib: “ABŞ Müdafiə Nazirliyi və Departamentinin əməkdaşlarından ibarət nümayəndə heyəti bu həftə Əfqanıstanın Kabul hava limanında təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Türkiyəyə yollanacaq”.
Qurumun nümayəndəsi qarşıdakı danışıqların təfərrüatları barədə məlumat verməyib.