ABŞ nə qırıcını verir, nə də pulu qaytarır – Ərdoğan

ABŞ nə qırıcını verir, nə də pulu qaytarır – Ərdoğan

Türkiyə ABŞ-dan nə döyüş təyyarələrini, nə də onlara ödənilən pulu alıb.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“S-400 almağımızla bağlı heç nə təklif etmədən bizi təhdid edənlər var idi. İndi biz F-16-ların tədarükü ilə bağlı danışıqlar aparırıq, lakin bizə rədd cavabı verilir. Bizə F-35 təyyarələri vəd etdilər, lakin sözlərini tutmadılar. Baxmayaraq ki, biz təxminən 1 milyard 400 milyon dollar ödəmişik. Təyyarə yoxdur, pul da qaytarılmayıb”, – o bildirib.

Ərdoğan Türkiyənin hər zaman sözünü tutduğuna və tərəfdaşlarından da bunu gözlədiyinə diqqət çəkib.

Teqlər: