ABŞ “Navalnı sanksiyası”nın tarixini açıqladı

ABŞ “Navalnı sanksiyası”nın tarixini açıqladı

ABŞ müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümü ilə əlaqədar fevralın 23-də Rusiyaya qarşı yeni sanksiyalar elan etməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Prezident Baydenin göstərişi ilə biz bu cümə günü Rusiyanın Navalnının başına gələnlərə görə cavabdehlik daşıması üçün böyük sanksiyalar paketini elan edəcəyik”, – deyə Kirbi bildirib.

Teqlər: