ABŞ mərmi istehsalını fantastik həddə artırır

ABŞ mərmi istehsalını fantastik həddə artırır

ABŞ Müdafiə Nazirliyi ayda 90 min mərmi istehsal edərək, 2 il ərzində artilleriya sursatlarının istehsalını 500% artırmağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu-York Tayms” məlumat yayıb.

“Pentaqon 2 il ərzində artilleriya mərmilərinin istehsalını 500% artırmağı planlaşdırır. Bu isə Vaşinqtonun Koreya müharibəsindən bəri mərmi istehsalını görülməmiş səviyyəyə çatdırmağı hədəflədiyini göstərir. ABŞ Rusiya-Ukrayna müharibəsində Kiyevə edilən yardımlardan sonra silah anbarında yaranan çatışmazlığı doldurmaq üçün milyardlarla dollar sərmayə qoyur. Bu, həm də gələcək yardımlar üçün ehtiyat yaratmaqdır”, – məlumatda deyilib.

Qeyd olunur ki, Rusiyanın Ukraynaya təcavüzünə qədər ABŞ ayda 14,4 min idarə olunmayan mərmi istehsal edirdi. Lakin Ukrayna Silahlı Qüvvələrini təchiz etmək zərurəti Pentaqon rəhbərliyini sentyabrda hasilatı üç dəfə, yanvarda isə yenidən iki dəfə artırmağa vadar edib.

Teqlər: