ABŞ Quru Qoşunları generalı Maykl Kurilla istefaya getmiş
general Kennet Makkenzidən Silahlı Qüvvələrin Mərkəzi
Komandanlığının (CENTCOM) rəhbəri vəzifəsini təhvil alıb.
Trend xəbər verir ki, bu barədə məlumat CENTCOM-un saytında yer
alıb.
CENTCOM-un əməliyyat cavabdehliyi zonasına Yaxın Şərq, Mərkəzi
Asiya və Afrikanın şərq hissəsi daxildir.
Vəzifənin təhvil alınması mərasimi Tampada (Florida ştatı, ABŞ)
keçirilib.