ABŞ mayın 4-dən Hindistandan gələnlər üçün giriş məhdudiyyətləri tətbiq edəcək

ABŞ administrasiyası Hindistanda yeni koronavirus ştammlarının yayılması ilə əlaqədar oradan gələnlər üçün ölkəyə giriş məhdudiyyətləri tətbiq edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki tərəfindən yayımlanan yazılı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub: “Xəstəliklərin Nəzarəti və Qarşısının Alınması Mərkəzlərinin tövsiyəsi ilə [ABŞ] administrasiyası Hindistanda qeyd olunan çox sayda koronavirusa yoluxma halları və bir çox ştammlarının yaranması fonunda oradan gedişini dərhal məhdudlaşdıracaq”.

Bildirilib ki, yeni qaydalar mayın 4-dən qüvvəyə minəcəkdir.