ABŞ Litva ərazisində əlavə tank taborunu yerləşdirəcək.
Trend-in
məlumatına görə, bunu Litvanın müdafiə naziri Arvidas Anuşauskas
deyib.
O, taborun ölkəyə nə zaman gələcəyi barədə məlumat verməyib.
Eyni zamanda, nazirin sözlərinə görə, Almaniya Litva hava
hücümundan müdafiə sistemi bölməsi göndərəcək.
Nazir əlavə edib ki, ayın sonunadək Litvada müttəfiq ölkələrin 4
minə yaxın əsgəri olacaq.