ABŞ lazer sistemini sınaqdan keçirdi

ABŞ lazer sistemini sınaqdan keçirdi

ABŞ ordusu Arizona ştatının Yuma poliqonunda havadan müdafiə qüvvələrinin qısa mənzilli lazer sistemini sınaqdan keçirib.

AzerTimesm xəbər verir ki, bu barədə “Defens Nyus” məlumat yayıb.

Sistem hazırlanmaqda olan İstiqamətləndirilmiş Enerji Manevri (DE M-SHORAD) proqramı çərçivəsində test edilib.

Bildirilib ki, 50 kilovatt gücündə olan cihaz “Stryker” zirehli maşınına quraşdırılıb. Sınaq zamanı sistem bir neçə PUA-nı məhv etsə də, raketlərin və artilleriya mərmilərinin tutulmasında bəzi problemlər qalmaqdadır.

Sınağın müxtəlif mərhələlərdə davam etdiriləcəyi deyilir.

Teqlər: