ABŞ Maliyyə Nazirliyi Koreya Xalq Demokrtaik Respublikasına
(KXDR) qarşı sanksiyalar siyahısını genişləndirərək, ora daha beş
təşkilat əlavə edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin
açıqlamasında deyilir.
ABŞ-ın sanksiyaları xüsusilə KXDR-in Raket Sənayesi Nazirliyinə
təsir edəcək.
Açıqlamada qeyd edilir ki, bundan sonra ABŞ maliyyə
müəssisələrinin nümayəndələrinə bu qurumla əməliyyatlar aparmaq
qadağandır.
Sanksiyalar siyahısına nazirlikdən əlavə KXDR-nin 4 ticarət
korporasiyası da daxil edilib.