ABŞ Kritə aviadaşıyıcı göndərdi: Ankaraya təhdid…

ABŞ Kritə aviadaşıyıcı göndərdi: Ankaraya təhdid…

Afina ilə Ankara arasında gərginliyin artdığı bir vaxtda ABŞ-a məxsus “Corc H.V Buş” adlı aviadaşıyıcı Yunanıstanın Krit adasına göndərilib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Yunanıstandakı səfirliyi Tvitter hesabında fotolar paylaşıb.

“Birlikdə yaxşı gedən iki şey: yunan təbiəti və Amerikanın gücü”, – fotoların altında yazılan şərhdə bildirilib.

Qeyd edək ki, Türkiyə mediası bunu rəsmi Ankaraya üstüörtülü təhdid kimi dəyərləndirib.

Teqlər: