ABŞ Kiyevin əks-hücumuna mane olub

ABŞ Kiyevin əks-hücumuna mane olub

Ukrayna kəşfiyyatı fevralın 24-də müharibənin ildönümündə Moskvaya qarşı kütləvi zərbələr planlaşdırıb, lakin ABŞ-ın tələbi ilə bundan imtina etdi.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

“Ukraynanın hərbi kəşfiyyatının rəisi Budanov düşmən xəttinin dərinliklərində zərbələr endirməyi planlaşdırıb. Bu, isə Vaşinqtonda rəsmilərin narahatlığına səbəb olub. Budanovun rəhbərlik etdiyi qurum hətta Vaqnerin Malidəki üzvlərinə də hücumu müzakirə ediblər.

Vaşinqton və Avropa rəsmiləri Ukraynanı sərhədləri xaricində hücumlara görə qınayıblar. ABŞ rəsmiləri hesab edirlər ki, Pekin Rusiya daxilində Ukrayna hücumlarına NATO-nu təcavüzkar kimi təqdim etmək üçün fürsət biləcək və Çin bu hücumları “əhəmiyyətli” hesab edərsə, Rusiyaya dəstəyini artıra bilər. ABŞ Ukraynaya Rusiyaya zərbə endirmək üçün Amerika silahlarından istifadə etməyi də qadağan edir”, – məlumatda deyilir.

Teqlər: