ABŞ kibermüharibəyə hazırlaşır – Zaxarova

ABŞ kibermüharibəyə hazırlaşır – Zaxarova

ABŞ ölkənin Müdafiə Nazirliyinin layihəsi çərçivəsində kiberdöyüşçülərin cəlb edilməsi kampaniyasına başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

“Əvvəllər Vaşinqton bu cür zərərli fəaliyyəti çox reklam etməməyə, kölgədə qalmağa üstünlük verirdi. Amma indi ABŞ rəsmiləri öz kiber istismarları barədə daha açıq danışırlar. Kiyev rejiminə dəstək üçün Rusiyaya qarşı kiber əməliyyatları həyata keçirdiyi barədəki bəyanatlar ABŞ-ın kiberməkanda genişmiqyaslı müharibəyə hazırlaşdığını göstərir”, – Zaxarova bildirib.

Teqlər: