ABŞ kiberhücumlara görə 11 milyard ayıracaq

ABŞ kiberhücumlara görə 11 milyard ayıracaq

2023-cü ildə ABŞ arzuolunmaz hökumətlərin kiberhücumlarına qarşı 11 milyard dollar sərf etməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov deyib.

“Qərb ölkələri informasiyadan və onun daşıyıcılarından istifadə etmək istəyir. Söhbət böyük məlumat bazaları və proqram vasitələrindən gedir. Onlar etiraz edilən hökumətləri kiberhücumlar vasitəsilə öz iradələrinə tabe etmək istəyir”, – o bildirib.

O.Sıromolotov qeyd edib ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası oktyabrda özünün yenilənmiş doktrinal sənədlərində ilk dəfə olaraq bütün dünyanı və qlobal informasiya məkanını öz maraq dairəsi elan etdi.

Teqlər: