ABŞ İstanbulda Əfqanıstan üzrə konstruktiv danışıqların keçirilməsi üzərində işləyir

ABŞ Türkiyə və Əfqanıstanla birlikdə İstanbul konfransının keçirilməsi üzərində işləyir.

AzerTimes-ın məlumatına görə, bunu mütəmadi brifinq zamanı jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.

N.Pray bildirib: “Bu konfransda konstruktiv iştiraka hazırlaşmaq üçün Türkiyəli həmkarlarımız və Əfqanıstan tərəfi ilə birlikdə işləyirik”. Mətbuat katibi qeyd edib ki, Əfqanıstanda “sülh prosesini sürətləndirəcək” görüşün hazırlanması üzrə fəal iş aparılır:

“Qarşıdakı konfrans Əfqanıstan tərəfinə məsləhətləşmələr yolu ilə irəliləməyə kömək etmək məqsədi daşıyır və hazırda Dohada davam edən sülh danışıqlarının bir hissəsidir”.

Onun sözlərinə görə, ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad hələki Qətərin paytaxtında Əfqanıstan hökuməti və radikal “Taliban” hərəkatının nümayəndələri ilə məsləhətləşmələrdə iştirak edir.