ABŞ İsrailə ordu göndərəcəkmi? – General

ABŞ İsrailə ordu göndərəcəkmi? – General

Əgər HƏMAS İsrailin üç hava hücumundan müdafiə sistemini – Dəmir Qübbə, “Strela” və Davudun Sapandını məhv edə bilsə, o zaman İsrail tərəfi hər gün ağır itkilər verməyə başlayacaq, çünki Fələstinin bütün raketlərini məhv edə bilməyəcək.

AzerTimes xəbər verir ki, bunu ABŞ ordusunun keçmiş generalı Cek Kin deyib.

“O zaman onların kömək üçün amerikalılara müraciət etməsi mümkündür. Biz amerikalılar bunu edəcəyikmi? Təsəvvür edə bilmirəm ki, bizim prezident onların xahişini geri çevirib, yox desin. İsrail tərəfi 1948-ci ildən indiyədək heç vaxt bizim qoşunlarımızdan müharibə aparmaq üçün kömək istəməyib. İndi də bunu edəcəyini düşünmürəm. Ancaq qanı dayandırmaq lazım gəlsə və bunu təkbaşına edə bilməsələr, böyük ehtimalla bizə müraciət edəcəklər, biz də bundan imtina etməyəcəyik”, – Kin bildirib.

Teqlər: