ABŞ Vyanada İranın nüvə proqramı üzrə danışıqların nəticəsiz qalacağı təqdirdə atılacaq gələcək addımları nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki söyləyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik komandasına diplomatik uğursuzluğa hazır olmağı və digər variantları nəzərdən keçirməyi tapşırıb.
“Bu məsələ ilə bağlı iş dünyadakı bir sıra tərəfdaşlarımızın iştirakı ilə aparılır”, – deyə Psaki əlavə edib.