ABŞ İranın nüvə sazişi üzrə danışıqlarda irəliləyiş olduğunu bildirib

Vaşinqton administrasiyası hesab edir ki, İranın Nüvə Proqramı
üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) yenidən həyata
keçirilməsi üzrə danışıqlarda irəliləyiş əldə olunub, lakin hələ
görüləsi xeyli iş var.

Trend xəbər
verir ki, bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild
ölkəsinin qurumun Təhlükəsizlik Şurasında may ayı ərzində dava
edəcək sədrliyi ilə bağlı keçirdiyi brifinqdə bildirib.

“Biz bəzi əhəmiyyətli irəliləyişlər əldə etmişik və sazişə
qayıtmaq üçün zəruri hesab etdiyimiz xeyli sayda məsələləri həll
edirik”, – nümayəndə qeyd edib.

Bununla belə, diplomat hələ də həll olunmamış məsələlərin
qaldığını qeyd edib.

Teqlər: