ABŞ İranı hədələdi: Sərt reaksiya olacaq!

ABŞ İranı hədələdi: Sərt reaksiya olacaq!

ABŞ İrana Rusiyaya ballistik raketlər göndərməsi ilə bağlı xəbərdarlıq edib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, ABŞ hökuməti bildirib ki, əgər bu məsələ təsdiqlənərsə, Tehran beynəlxalq ictimaiyyətin sürətli və sərt reaksiyası ilə üzləşəcək.

Lakin hələlik Vaşinqton İranın Rusiyaya ballistik raketlər verdiyini təsdiq edə bilməyib.

Qeyd edək ki, ötən gün yayılan məlumata görə, İran Rusiyaya içində “Fateh-110”un da olduğu 400-ə yaxın ballistik raket göndərib.

Teqlər: