ABŞ: İrandakı etirazlar sərhədləri aşır

ABŞ: İrandakı etirazlar sərhədləri aşır

İrandakı ümumxalq etirazları etnik və coğrafi sərhədləri aşıb, lideri yoxdur, buna görə də davam edir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

“İran xalqının bir neçə aylıq etirazları zamanı şahidi olduğumuz şeylər bir çox cəhətdən diqqətəlayiqdir. O mənada ki, bunu İranın qadın və qızları təşkil edib, onlar bunu müxtəlif yollarla irəli aparıblar. Bizim məsuliyyətimiz və rolumuz İran xalqının ifadə və toplaşma azadlığını və bütün əsas hüquqlarını dəstəkləməkdir”, – o bildirib.

Teqlər: