315-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

315-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 315-i günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 357 təyyarəsi, 199 helikopteri, 2813 PUA-sı, 399 zenit-raket kompleksi, 7408 tank və digər zirehli texnikası, 968 reaktiv yaylım atəş sistemi, 3772 artilleriya və minaatanı, 7920 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: