ABŞ İrana qarşı müharibə planı hazırlayıb – Sənəd

ABŞ İrana qarşı müharibə planı hazırlayıb – Sənəd

Pentaqon İranla mümkün müharibə planını hazırlayıb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın “İntersept” saytı əldə etdiyi sənədlərə əsasən məlumat yayıb.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü Con Mur planla bağlı açıqlama verməyib, lakin qeyd edib ki, İran hələ də regionda qeyri-sabitliyin ən mühüm mənbəyidir.

“Biz regional tərəfdaşlarımızla təhlükəni daim izləyəcəyik və ABŞ-ın bölgədəki milli maraqlarını müdafiə etməkdən çəkinməyəcəyik”, – Con Mur bildirib.

Teqlər: