ABŞ İranın hərbi qurumlarının, o cümlədən bu ölkənin Müdafiə Nazirliyi və SEPAH-ın Qüds qüvvələrinin xeyrinə maliyyə yardımı şəbəkəsində iştirak edən 20 şəxs və quruma sanksiya tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
ABŞ-ın yeni sanksiyaları İran, Honq-Konq, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapurda yerləşən şəxslər və şirkətləri hədəf alır.