ABŞ-ın yeni prezidenti Mask olmalıdır – Rusiyalı deputat

ABŞ-ın yeni prezidenti Mask olmalıdır – Rusiyalı deputat

ABŞ-ın yeni prezidenti İlon Mask olmalıdır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.

“ABŞ-ın prezidenti Mask kimilər olmalıdır, Bayden kimi Amerika xalqını rüsvayçılığa sürükləyən, ölkəni beynəlxalq tirana və qatilə çevirən adamlar yox. Əminəm ki, Mask kimi insanlarla bütün dünyanı qoruyub saxlamağa və inkişaf etdirməyə yönəlmiş normal, praqmatik, qarşılıqlı faydalı münasibətlər qurmaq olar”, – Şeremet bildirib.

Qeyd edək ki, dünən İlon Mask Tvitter səhifəsində Ukraynadakı münaqişənin Krımın Rusiyanın tərkibində saxlanılması və BMT-nin nəzarəti altında Donbas, Xerson və Zaporojye vilayətlərində təkrar referendumlarla həllinə dair təklif irəli sürmüşdü.

Teqlər: