ABŞ-ın vitse-prezidenti COVID-19-a yoluxub

ABŞ-ın vitse-prezidenti Kamala Harris COVID-19-a yoluxub.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Associated Press” agentliyi Ağ Evə
istinadən bildirib.

K.Harris xəstəliyi simptomsuz keçirir. Ağ Ev qeyd edib ki, son
günlərdə nə ABŞ prezidenti Co Bayden, nə də onun həyat yoldaşı
xəstə şəxslə “birbaşa təmasda” olmayıb.

ABŞ-ın vitse-prezidenti özünü təcrid edəcək, lakin distant
rejimində işləməyə davam edəcək.