ABŞ-ın Virciniya ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Virciniya ştatının qubernatoru Ralf Nortem yaxınlaşan “İda” tropik qasırğası ilə bağlıfövqəladə vəziyyət elan edib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə quernator şəxsi “Twitter” səhifəsində yazıb.


“Qərbi Virciniyada leysan yağışlara və daşqınlara səbəb ola biləcəyi ehtimal edilən “İda” tropik qasırğası ilə əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan etdim”, – Nortem yazıb.