ABŞ-ın Ukrayna ilə bağlı 2 il öncəki planı üzə çıxdı

ABŞ-ın Ukrayna ilə bağlı 2 il öncəki planı üzə çıxdı

ABŞ hakimiyyəti 2022-ci ildə Ukraynada mümkün nüvə təhlükəsinin yaranmasına cavab olaraq konvensial silahlardan istifadə imkanını nəzərdən keçirirdi.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” Prezident Co Baydenin administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, cavab tədbirlərinin hazırlanmasına xüsusi qruplar cəlb edilib, bu məsələ 2022-ci ilin oktyabrında xüsusilə aktual olub.

Qeyd olunur ki, söhbət nüvə silahından istifadə etmiş bölməyə adi hücumdan və ya digər diqqəti cəlb edən reaksiyadan gedirdi.

Teqlər: