ABŞ-ın Texas ştatında prezident seçkilərinin nəticələri təkrar yoxlanılacaq

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın Texas ştatında dörd seçki dairəsində 2020-ci il prezident seçkilərinin nəticələri təkrar yoxlanılacaq.

Trend-in məlumatına görə, bu barətə Texas ştatının katibliyi bildirib.

Məlumata əsasən, nəticələr ştatın dörd ən iri dairəsində, Dallas, Harris, Terrent və Kollin bölgələrində nəzərdən keçiriləcək.


Bu dairələrin üçündə Co Bayden, birində isə Donald Tramp qalib gəlmişdi.

Xatırladaq ki, ABŞ-da ötən ilin noyabrında keçirilmiş prezident seçkiləri Co Baydenin qələbəsi ilə başa çatsa da, sabiq prezident Donald Tramp nəticələri tanımadığını bəyan edib.