ABŞ-ın şərqində 5 minə yaxın aviareys ləğv edilib

ABŞ-da ölkənin Şərq sahillərində güclü qara səbəb olacaq yaxınlaşan siklonla əlaqədar 5 minə yaxın aviareys ləğv edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə “flightaware.com” portalına istinadən “TASS” xəbər verib.

Məlumata əsasən, cümə günü 1,4 mindən artıq daxili və beynəlxalq aviareys ləğv edilib, şənbə gününə isə ləğv edilən aviareyslərin sayı artıq 3,3 mini keçib.

Eyni zamanda, məlumatlar daim yenilənir, ləğv edilən uçuşların sayının daha da çox olacağı istisna edilmir.