ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Gevara İranla sərhədə gedib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında yazılıb.
“Gevara Azərbaycanın cənub sərhədi boyunca narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün ABŞ tərəfindən verilmiş avadanlıqların istifadə olunmasını müşahidə etmək üçün Dövlət Gömrük Komitəsinin Astara şəhərindəki idarəsini ziyarət edib”, – qeyd edilib.