ABŞ -ın keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib.
AzerTimes-ın məlumatına görə, bu barədə CNN televiziya kanalı xəbər verib.
Siyasətçinin nümayəndəsi Ancel Urena qeyd edib ki, B.Klinton xəstəxanaya infeksiyaya görə yerləşdirilib, lakin bu koronavirus deyil.
O əlavə edib ki, hazırda ABŞ -ın 42-ci prezidenti “sağalmağa doğru gedir və onun əhval-ruhiyyəsi yaxşıdır”.