ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt vəfat edib

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt 85 yaşında vəfat
edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə məlumatı Dövlət Departamentinin mətbuat
xidmətinin rəhbəri Ned Prays təsdiqləyib.

Onun sözlərinə görə, Avropaya uçan təyyarənin göyərtəsində olan
ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinken Olbraytın
ölümü ilə bağlı xəbərdar ediliblər.

M.Olbrayt ABŞ dövlət katibi vəzifəsində çalışan ilk qadın olub.
O bu vəzifədə 1997-2001-ci illərdə çalışıb.