ABŞ-ın Kabilə endirdiyi raket zərbəsi nəticəsində 7 uşaq ölüb

ABŞ-ın avqustun 29-da Əfqanıstana endirdiyi raket zərbəsi nəticəsində 7 uşaq ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə YUNİSEF-in Kabildəki nümayəndəsi Qerbe de Lis bildirib.


Əvvəlcə altı uşağın öldüyünü deyən YUNİSEF rəsmisi daha sonra dəqiqləşdirdi: “Açıq mənbələrdən təsdiqlənmiş məlumata görə, yeddi uşaq (ölüb)”.