ABŞ-ın İran üzrə xüsusi elçisi Moskva və Parisə səfər edəcək

ABŞ-ın İran üzrə xüsusi elçisi Robert Melli 7-10 sentyabr tarixində Rusiya və Fransaya səfər edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.


Məlumata əsasən, R.Melli sözügedən ölkələrdə Vaşinqton və Tehranın İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına riayət etmələri ilə bağlı məsələləri müzakirə edəcək.