ABŞ hərbi texnikası ilə yüklənmiş nəhəng “Liberty” nəqliyyat gəmisi Yunanıstanın Aleksandrupolis limanına gəlib.
AzerTimes xəbər verir ki, bu barədə limanın rəhbəri Konstantinos Hacımixail məlumat verib.
“Biz “USAArmyEURAF”ın (ABŞ-ın Avropa və Afrikadakı qüvvələri-red.) hərbi texnikasının rotasiyası üçün əməliyyatlara başlayırıq” – Hacımixail bildirib.
Qeyd edək ki, Rusiyanın informasiya agentliyi RİA Novosti limana çatdırılan hərbi texnikanın daha sonra Bolqarıstan və Rumıniyaya gedəcəyi və burada Ukraynadakı hərbi münaqişə fonunda istifadə olunacağını vurğulayıb:
“Liberty Pride” gələn həftənin ortalarında NATO qüvvələri üçün təchizat və hərbi texnika yükləndikdən sonra Qara dəniz sahillərinə yola düşəcək”.