Şəhid olan Hüseynovun şəkli yayıldı – Foto

Şəhid olan Hüseynovun şəkli yayıldı – Foto

Ötən gün şəhid olan hərbçilərimizdən Eşqin Hüseynovun da şəkli yayılıb.

AzerTimes xəbər verir ki, şəhidimiz bu gün dünyaya göz açdığı Tovuzun Hunanlar kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qarşı tərəfdən atəş açılıb. Nəticədə Ordumuzun iki əsgəri – Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Erməni separatçıların 3 zabiti məhv edilib, bir nəfər isə yaralanıb.

Teqlər: