ABŞ-ın əsl üzü budur – İrandan cavab

ABŞ-ın əsl üzü budur – İrandan cavab

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani ölkəsindəki etirazlara təhlükəsizlik qüvvələrinin müdaxiləsini pisləyən ABŞ-ı ikiüzlülükdə ittiham edib.

AzerTimes xəbər verir ki, bu barədə Kenani İnstaqram hesabında məlumat paylaşıb.

“İllərdir dünyada hər kəs Fələstində, Əfqanıstanda, İraqda, Yəməndə, Liviyada, Suriyada, hətta Amerikanın öz torpaqlarında da insan haqları sahəsində ABŞ-ın əsl və maskasız üzünü görüb.

Cənab Co Bayden insan haqları müdafiəçisi olmamışdan əvvəl öz ölkəsinin bu məsələ ilə bağlı xalını düşünsəydi, daha yaxşı olardı”, – paylaşımda qeyd edilib.

Teqlər: