ABŞ-ın Ermənistandakı səfirinin son açıqlaması Cənubi Qafqazda gərginliyin artmasına səbəb olur – Amerikalı ekspert

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin son açıqlaması Cənubi
Qafqazda gərginliyin artmasına səbəb olur.

Bu barədə AzerTimes-a
amerikalı ekspert Piter Teys deyib.

Amerikalı ekspertin fikrincə, ABŞ-ın xaricdəki elə bir səfir
yoxdur ki, ABŞ-ın Yerevandakı səfirindən son açıqlaması ilə ondan
daha çox ziyan vursun:

“ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Diplomatik Münasibətlər
haqqında Vyana Konvensiyasında açıq şəkildə müəyyən edilmiş
diplomatik protokolu pozur. Onun bu yaxınlarda “Armenpress”ə
müsahibəsi səfirin Qafqazdakı mövcud ictimai-siyasi vəziyyətlə
bağlı səthi bilikli olduğunu bir daha sübut edir və Cənubi Qafqazda
gərginliyin artmasına səbəb olur”.

O vurğulayıb ki, L.Treysi mütəmadi olaraq Azərbaycana qarşı
təhqiramiz ritorikadan istifadə edir:

“L.Treysinin verdiyi bu kəskin bəyanat haqlı qəzəb mənbəyidir.
Azərbaycanın mövcud inzibati-siyasi xəritəsi fonunda belə bir
bəyanatın verilməsi beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə
pozulmasıdır və səfir Treysinin öz vəzifəsindən azad edilməsi üçün
ciddi səbəbdir. Səfir Treysi dəfələrlə Azərbaycanın milli
təhlükəsizliyinə zidd hərəkətlər edib və Cənubi Qafqazda tərəflər
arasında həmişə çox zərif olan sülh dialoquna zərbə vurub”.

Amerikalı ekspertin fikrincə, konseptual desək, səfir Treysi
Cənubi Qafqazda mövcud reallığı tanımaqdan imtina edir və bu, onun
düzəlməz səhvidir.

Qeyd edək ki, bundan əvvəl səfir Linn Treysi “Armenpress”ə
müsahibəsində bildirmişdi ki, ABŞ qondarma “Dağlıq Qarabağ”
əhalisinin hüququnu öz gələcəyini müəyyən edəcək tanıyır. O əlavə
edib ki, Cənubi Qafqaz regionunun dinc, demokratik və firavan
gələcəyi üçün bütün həll edilməmiş məsələlərin danışıqlar yolu ilə,
hərtərəfli və sabit həlli əsasdır.

Teqlər: