ABŞ-ın Ermənistandakı səfiri sərhədimizə gəldi

ABŞ-ın Ermənistandakı səfiri sərhədimizə gəldi

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin Cermukda olub.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

“Səfir Kuin yerli rəsmilərlə görüşmək və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik vəziyyətini müşahidə etmək üçün Dərələyəz bölgəsində olub. Səfir Dərələyəz qubernatoru, Aİ-nin müşahidə missiyası və yerli silahlı qüvvələrin nümayəndələri ilə görüşüb.

Görüşlərdə Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts da iştirak edib. Səfir Kuin ABŞ-ın Ermənistanın suverenliyini və təhlükəsizliyini, eləcə də Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasını dəstəkləməyə sadiq olduğunu vurğulayıb”, – məlumatda bildirilib.

Teqlər: