ABŞ-ın bu qərarından ehtiyat edirəm – Zurabişvili

ABŞ-ın bu qərarından ehtiyat edirəm – Zurabişvili

Təəssüf edirəm ki, bu qərarla ölkə sanksiyaya məruz qalan digər ölkələrin siyahısına daxil edilib. Bu, Gürcüstanın avropalı tərəfdaşlarından ən vacib qərarı – namizəd statusunun (AB üzvlüyünə dair – red.) verilməsini gözlədiyi anda baş verib.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Gürcüstan Prezidenti Salome Zurabişvili çıxış edib.

“ABŞ-ın qərarının Avropada mənfi siqnal kimi qəbul ediləcəyindən ehtiyat edirəm”, – Zurabişvili deyib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Gürcüstanın dörd hakiminin məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvü kimi vəzifələrindən sui-istifadə edərək korrupsiya əməllərində iştirak etdiklərini, bununla da Gürcüstanın qanunun aliliyinə və məhkəmə sisteminə ictimai etimadı zədələdiklərini açıqlayıb və viza məhdudiyyəti tətbiq etməklə onlara qarşı sanksiya tətbiq edildiyini bəyan edib.

Teqlər: